Prezident İlham Əliyev Çetinye şəhərindəki Kral Nikolay Sarayında olmuşdur

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayı ilə tanış olmuşdur. Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxmışdır.

Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.

Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.

Muzeyin ekspozisiyası ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun milli sərvəti olan bu eksponatlar və əşyalar, ilk növbədə, bu ölkənin tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə də böyük maraq yaradır.

Sonda Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında