Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV baş məclisinə

 

 

Hörmətli qurultay nümayəndələri!

Sizi salamlayır və növbəti ali toplantınızın işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir.

Davamlı inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında əhalinin sosial rifah halının təmin olunması hökumətin başlıca vəzifələrindən birini təşkil edir. Son illərdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların,  müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Eyni zamanda, məruz qaldığımız təbii fəlakətlər - daşqın və zəlzələ nəticəsində ölkəmizdə təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması, dağılmış yaşayış məntəqələrinin bərpası və yenidən qurulması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Biz bu problemləri kənardan heç bir yardım almadan, dövlətimizin yaratdığı iqtisadi potensiala arxalanaraq həll edirik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də imkanları daxilində müəyyən sosial çətinliklərlə üzləşən vətəndaşlara maddi və mənəvi dəstək göstərir, bu sahədə üzərinə düşən vəzifələri  yerinə yetirməyə çalışır.

Hazırda Qızıl Aypara Cəmiyyətinin respublikamızdakı səmərəli fəaliyyəti üçün zəruri qanunvericilik bazası və əlverişli şərait yaradılmışdır. Qurumun nəcib məqsədlərinə və əməli fəaliyyətinə hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur.

Ümidvaram ki, bugünkü Baş Məclisdə qəbul olunacaq qərarlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə yeni imkanlar açacaq, həm ölkə, həm də beynəlxalq miqyasda təşkilatın işini daha da gücləndirəcəkdir. Qurultay iştirakçılarına, Azərbaycanın bütün qızıl ayparaçılarına uğurlar, uzun ömür və möhkəm cansağlığı arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart  2013-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında