Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavinini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Yuha Kahköneni qəbul etmişdir.

Təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Yuha Kahkönen Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu məmnunluqla vurğulayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini də qeyd etdi.

İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edərək, bunu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında