Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Milli Şurasının ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

  Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı marağın yüksək səviyyədə olduğunu qeyd etdi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini  vurğulayan dövlətimizin başçısı Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin ölkəmizə səfərinin uğurlu olacağına və əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauer Prezident Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırdı. Son 20 ildə ölkələrimiz arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirdi. Fritz Neugebauer ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Görüşdə Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirakının önəmi qeyd olundu, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, əlaqələrimizin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə olundu. 

Dövlətimizin başçısı Prezident Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında