Prezident İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidentini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir.

Hamad Kalkaba Malboum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Beynəlxalq Hərbi İdman Şurasının Bakıda keçiriləcək çempionatının əhəmiyyətini qeyd edən Hamad Kalkaba Malboum yarışlarda 16 ölkənin milli hərbi komandasının və 100-ə yaxın nümayəndənin iştirak edəcəyini vurğuladı. O, 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Hərbi İdman Şurasının təklifini dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Bakıda keçiriləcək çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının keçirilməsi üçün müasir idman infrastrukturunun yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini dedi.

Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında