Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul etmişdir.

Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlətimizin başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğuladı. Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirdi. 

Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında