Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayına

 

 

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınızın işinə uğurlar arzulayıram.

Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuş, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra ölkə həyatının bütün sahələrində onların rolu daha da artmışdır. Bu gün inamla qeyd etmək olar ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri vardır.

Son illər Azərbaycan özünün mühüm inkişaf dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, həyata keçirilən ardıcıl islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, nəhəng infrastruktur layihələrinin reallaşdırılmasını, Azərbaycanın sürətlə müasirləşməsini və əhalinin rifah halının yüksəldilməsini təmin etmişdir.

Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində də ağsaqqalların böyük rolu vardır.

Hesab edirəm ki, VI qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin genişlənməsinə, qurumun Azərbaycan cəmiyyətindəki nüfuzunun daha da artmasına, dövlət orqanları ilə əməkdaşlığının dərinləşməsinə yeni təkan verəcəkdir.

Sizi bir daha qurultayınızın işə başlaması münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və ictimai fəaliyyətinizdə uğurlar

arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında