Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü

 

 

Fevralın 8-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Bu Sizin Azərbaycana birinci səfərinizdir və mən əminəm ki, səfərin çox gözəl yekunları olacaqdır. Biz Sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Mən əminəm ki, Sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcəkdir. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz vardır. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcəkdir. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır.

Əminəm ki, Sizin səfəriniz bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaqdır və Siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız.

Bir daha xoş gəlmisiniz.

 * * *

Serbiya Respublikasının Prezidenti Tomislav NİKOLİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, hesab edirəm ki, Serbiyanın Azərbaycana   olan mehriban münasibətlərini əlavə şərh etməyə ehtiyac yoxdur.

Bu dostluq Serbiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq daimi olaraq qalır. Dünyanın Şərq hissəsində Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib.

Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya, əslində bunu hər zaman Sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, Siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında