Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkəmizin başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı.  Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi. Dövlətimizin başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına  çatdırdı. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında