Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyasında iştirak etmişdir

 

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış etdi.

Dövlətimizin başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırdı.

Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlətimizin başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında