Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşü

 

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Maliyyə Korporasiyası arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olundu. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirilən layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirildi.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılan görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə xüsusilə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğu bildirildi.

Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirdi və əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında