Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyanın Baş naziri ilə görüşü olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olmuşdur.

Dövlətimizin başçısı Sloveniyanın Baş naziri Yanez Yanşa ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da  inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğuladı. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa Prezident İlham Əliyev ilə NATO-nun Çikaqo sammiti zamanı əlaqələrimizin inkişafı ilə bağlı apardıqları müzakirələrdən sonra ölkələrimiz arasında bütün razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycanın regiondakı mövqeyini çox yüksək qiymətləndirdiyini dedi. Yanez Yanşa Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinin önəmini də vurğuladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Baş nazir öz növbəsində iqtisadi sahədə əlaqələrimizi genişləndirməyin vacibliyini vurğuladı. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Baş nazir iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı marağın  olduğunu qeyd etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında