Prezident İlham Əliyev Qusarda “Qaya” otelinin açılışında iştirak etmiş, “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak etmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, üçmərtəbəli oteldə xüsusi avtomobil dayanacağı yaradılmışdır. Burada turistlərin istifadəsinə 26 nömrə veriləcəkdir. Oteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcəkdir. Bu oteldə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.

Diqqətə çatdırıldı ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev xizəklə sürüşdü, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzdi.

* * *

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış oldular.

Məlumat verildi ki, geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Oteldə ümumilikdə 173 otaq olacaqdır ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaqdır.

Diqqətə çatdırıldı ki, 1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılacaqdır. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılmışdır.

Dövlətimizin başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında