Azərbaycan Prezidenti İlham Əliyev Çinin Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost dövlətlər olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi və ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu dedi. Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd etdi. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu dedi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bay Liçen Çin Xalq Respublikasının Sədri Hu Szintaonun və Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Bay Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlarımızın arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı Hu Szintaonun və Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə və Çin Kommunist Partiyasının baş katibinə çatdırmağı xahiş etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında