Dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Dövlətimizin başçısı dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bina müasir memarlıq üslubunda tamamilə yenidən qurulmuşdur. Vağzalın ətrafında yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün də lazımi şərait yaradılmışdır.

Bildirilmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Horadiz stansiyasının sərnişin vağzalı 1958-ci ildə inşa olunmuşdur. Vağzal binasında uzun müddət əsaslı təmir işləri aparılmamışdır. Sahəsi min kvadratmetr olan ikimərtəbəli binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Əsaslı təmir və yenidənqurma işləri QSC-nin Dəmir Yollarının və Texniki Qurğuların Təmir-Tikinti Departamenti tərəfindən üç ay ərzində yerinə yetirilmişdir. Vağzal binasının elektrik sistemi yenilənmiş, gözləmə salonunda sərnişinlərin rahatlığı təmin edilmişdir. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Bina yeni  avadanlıqla təchiz olunmuşdur. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılmış, dispetçer otağında yüksək xidmət şəraiti yaradılmışdır.

Diqqətə çatdırıldı ki, tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə biləcəklər. Hər cür şəraiti olan inzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Buradakı iclas salonu da müasirliyi ilə diqqəti cəlb edir. Horadiz dəmir yolu vağzalı sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Burada mühəndis-kommunikasiya sistemləri də ən qabaqcıl standartlara cavab verir. Binanın birinci mərtəbəsində kassalar, tibb otağı və digər bölmələr vardır.

Bildirildi ki, Horadiz stansiyasının yenidən qurulan sərnişin vağzalının binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı görülən işlərin tərkib hissəsidir. Burada bilet satışı texnologiyası da təkmilləşdirilmişdir. Qatarlarda boş olan yerlər barədə sərnişinlərə mütəmadi məlumat verilməsi üçün müasir monitor quraşdırılmışdır. Monobloklu, sensorlu monitor vasitəsilə sərnişinlər günün istənilən vaxtında veb serverdəki onlayn bilet satışı bölməsinə daxil olaraq, qatarların hərəkət cədvəli və digər zəruri məlumatları əldə edə bilərlər. Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulmuşdur. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.

Prezident İlham Əliyev Horadiz dəmir yolu stansiyasının sərnişin vağzalının binasında yaradılmış şəraitdən razılığını bildirdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında