Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Belarusun kreditlə bağlı müraciətinə münasibət bildirmişdir

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Belarusun kreditlə bağlı müraciətini Trend informasiya agentliyinin sualına əsasən şərh etmişdir. AzərTAc həmin şərhin mətnini təqdim edir.
- Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində bildirmişdir ki, Belarusun qaza görə Rusiyaya olan borcunun ödənilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmiş və bununla bağlı razılıq almışdır. Bu barədə nə deyə bilərsiniz?
- İyunun 21-də Belarus Respublikasının Baş naziri S.Sidorski Azərbaycan Respublikasının Baş naziri A.Rasizadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət etmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinə məruzə edilmişdir. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq vermişdir.
Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin məbləği 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilmişdir. Kreditlə bağlı bütün lazımi sənədlər imzalanmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında