Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdəki səfiri Per Stançinanı qəbul etmişdir

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Stançinanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul etmişdir.
Səfir Per Stançina Azərbaycanda fəaliyyəti dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulamışdır. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd etmişdir.
Dövlətimizin başçısı son illər ərzində ölkəmizin Almaniya ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bütün sahələrdə genişləndiyini vurğulamışdır. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcəkdir.
Azərbaycan Prezidenti Per Stançinaya gələcək fəaliyyətində uğurlar arzulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında