Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun iştirakçılarına

Hörmətli forum iştirakçıları!
Sizi ürəkdən salamlayır, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun işə başlaması münasibətilə təbrik edirəm.
Bu il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 ili tamam oldu. Ötən dövr ərzində bu təşkilat üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi, Xəzər dənizindən Aralıq dənizinə qədər olan böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi işinə öz layiqli töhfəsini vermişdir.
QDİƏT-ə daxil olan dövlətlər arasında əlaqələrin inkişafına ictimai dəstək vermək məqsədi ilə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi təşəbbüsü müsbət haldır. Qloballaşma meyillərinin və demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti institutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları xeyli artmışdır. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə irimiqyaslı layihələrin həyata keçirilməsində özünəməxsus rol oynayırlar. QDİƏT ölkələrinin qeyri-hökumət təşkilatları da bölgədə birgə reallaşdırdığımız transmilli enerji, nəqliyyat-kommunikasiya və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir-biri ilə ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz dəyərli töhfələrini verə bilərlər.
Ümidvaram ki, forumda iştirak edən qeyri-hökumət təşkilatlarının təmsilçiləri regionumuzda qazanılmış müsbət təcrübəyə arxalanaraq, gələcək fəaliyyətin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi, forma və metodlarının tapılması üçün səmərəli müzakirələr aparacaq və müvafiq qərarlar qəbul edəcəklər. Forumun işinə uğurlar, hər bir iştirakçıya möhkəm cansağlığı və səadət arzulayıram.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 26 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında