Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyasının iştirakçılarına

Hörmətli sessiya iştirakçıları!
Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar iclasının açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Müasir dövrdə regional təşkilatlar dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, sülhün və təhlükəsizliyin qorunması, sabitliyin təmin olunması proseslərində getdikcə daha mühüm rol oynayırlar. İyirmi il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı keçən müddətdə bölgəmizdə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürmüş və onların həyata keçirilməsi üçün ciddi səylər göstərmişdir. QDİƏT və onun Parlament Məclisi ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil etmiş və bu gün də etməkdədir. Biz bu qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərimizin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirmişik.
QDİƏT üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş və icra edilməkdə olan transmilli layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Lakin regionumuzda bununla yanaşı, həm də həlli gecikdirilən bir sıra problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu yerli ölkələrin tərəqqisi yolunda böyük maneə olaraq qalır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınması nəinki təkcə bizim, həm də digər qonşu ölkələrin və bütövlükdə regionun inkişafını ləngidir, sülh və tərəqqi üçün ciddi təhlükə törədir. Şübhə yoxdur ki, əksər münaqişələrin hamılıqla tanınmış beynəlxalq hüquq prinsip və normaları əsasında ədalətli həlli dövlətlərarası əməkdaşlığın inkişafı üçün də tamamilə yeni perspektivlər aça bilər.
Hörmətli sessiya iştirakçıları!
On iki dövlətin parlamentlərini birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın yüksək səviyyəli forumunun yenidən Bakı şəhərində keçirilməsi bizim üçün əlamətdar hadisədir. Ümidvaram ki, bu sessiyada qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə təkan verəcək və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycan Respublikasında səmimi qəlbdən salamlayır, mötəbər toplantınızın işinə uğurlar arzulayıram.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında