Lerik rayon Mədəniyyət evi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir

Prezident İlham Əliyev iyunun 25-də Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.
Məlumat verildi ki, 1973-cü ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Mədəniyyət evinin 300 nəfərlik zalı müasir avadanlıqla və işıq effektləri ilə təmin edilmişdir.
Prezident İlham Əliyev rayonda aparılan abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxdı.
Bildirildi ki, rayonun coğrafi baxımdan əlverişli yerdə yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədər son illər onlarla yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilmişdir.
Prezident İlham Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxdı.
Dövlətimizin başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisi ilə də tanış oldu. Sərgidə mineral sular, arıçılıq təsərrüfatlarının məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur.
Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında