Prezident İlham Əliyev Lerikdə "Şəhidlər" abidə kompleksini ziyarət etmişdir

İyunun 25-də Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində "Şəhidlər" abidə kompleksini ziyarət etmişdir.
Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl"in önünə gül dəstəsi qoydu.
Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid vermişdir. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülmüşlər. Hazırda rayonda 80 nəfər Qarabağ müharibəsi əlili vardır. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.
Diqqətə çatdırıldı ki, kompleksin ümumi ərazisi 650 kvadratmetrdir. Burada fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyev buradan Lerikin ümumi mənzərəsini seyr etdi.
***
İyunun 25-də Lənkəran və Lerik rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıtdı.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında