İmişlidə "Araz" damazlıq quşçuluq fabriki ən müasir standartlar səviyyəsində qurulmuşdur

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "Araz" damazlıq quşçuluq fabrikinin açılışında iştirak etmişdir. 
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, "Araz" damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində qurulmuşdur.
Bildirildi ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Araz" damazlıq quşçuluq fabriki də belə müəssisələrdən biridir. Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilmişdir. Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin sonunda başlanılmış, bu ilin oktyabrında isə işlər tam başa çatdırılmışdır.
Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, fabrikdə hər birinin sahəsi 1728 kvadratmetr olmaqla yeddi quş ferması inşa edilmişdir. Quş fermaları Türkiyənin bu sahədə dünyada məşhur olan "Altuntaş" şirkətinin avadanlığı ilə təchiz edilmişdir. Buradakı damazlıq cücələr isə Hollandiyadan gətirilmişdir.
Hazır məhsullara baxan Azərbaycan Prezidentinə məlumat verildi ki, fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur. Müəssisədə istehsal gücü saatda 10 ton olan yem istehsalı sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilmişdir. Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, eyni zamanda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz ediləcəkdir. Layihələrin icrası nəticəsində 110 yeni iş yeri açılacaqdır.
Qeyd edildi ki, artıq dövlətin güzəştli krediti hesabına damazlıq təsərrüfatlar yaradılır. Həmin təsərrüfatlar hesabına ölkənin damazlıq yumurtaya olan tələbatının xeyli hissəsi yerli istehsalla ödənilir. Növbəti illərdə bu tələbat tamamilə yerli məhsullar hesabına ödəniləcəkdir. Bu, həm də quş əti istehsalında maya dəyərini aşağı salacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında