İmişlidə Heydər Əliyev Parkı yenidən qurulmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə Heydər Əliyev Parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. 
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə parkda görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, parkda yenidənqurma işlərinə dövlətimizin başçısının sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 1,4 milyon manat vəsait hesabına başlanılmışdır. Ümumi sahəsi 6,5 hektar olan parkın orijinal memarlıq üslubu ilə seçilən iki giriş qapısı vardır. Burada quraşdırılan fəvvarələr kompleksi parkın gözəlliyini daha da artırır. Parkda geniş abadlıq və yaşıllaşdırma tədbirləri görülmüşdür. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Ulu öndərin adını daşıyan bu istirahət ocağı Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyasının və keyfiyyətinin əyani göstəricisidir.
Dövlətimizin başçısına Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planı təqdim olundu. Məlumat verildi ki, 1,8 min kvadratmetr ərazidə inşa olunan üçmərtəbəli binanın inşasına bu ilin iyununda başlanılmışdır. Tikinti işləri 2013-cü ilin mayında başa çatdırılacaqdır. Burada rayon gənclərinin istirahəti və ilkin peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev İmişli rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də tanış oldu. Əzəməti ilə seçilən Bayraq Meydanının ümumi sahəsi 8,3 min kvadratmetrdir. Bayraq dirəyinin hündürlüyü isə 100 metrdir.
Bildirildi ki, meydanın ətrafında böyük abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Vağzal meydanı da tamamilə yeni görkəm almışdır. İşıqlandırma sistemi müasir standartlara uyğun yenilənmişdir. Yenidənqurmadan sonra bu meydan da füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında