Prezident İlham Əliyev İmişlidə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı yeni mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ulu öndərin adını daşıyan mərkəzin tikintisinə bu ilin mayında başlanılmış və qısa müddətdə yekunlaşdırılmışdır. Mərkəzin ikimərtəbəli binası orijinal layihəsi və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Binanın ümumi sahəsi iki min kvadratmetrdir. Ətrafda əsaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin müxtəlif illərdə ölkəmizin regionlarına səfərlərini və bölgələrdə həyata keçirilən kompleks dövlət tədbirlərini əks etdirən fotoguşələr yaradılmışdır. Mərkəzdə internet kitabxana fəaliyyət göstərəcəkdir. Arzu edənlər burada kompyuter kurslarında hərtərəfli hazırlıq keçəcəklər. Buradakı virtual sinif otağı informasiya-kommunikasiya texnologiyalarının bölgələrdə də geniş tətbiqinin diqqət mərkəzində saxlanıldığını göstərir. İmişli rayonunda xarici dillərin öyrənilməsinə maraq böyük olduğundan mərkəzdə xarici dil kursları fəaliyyət göstərəcəkdir. Foto sənətinin sirlərinə yiyələnmək üçün buradakı fotostudiyada, eləcə də internet kafedə gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə vaxtaşırı müxtəlif sərgilər təşkil olunacaqdır.
Birinci mərtəbədəki 350 yerlik konfrans salonunda istənilən tədbirin keçirilməsi üçün hər cür şərait vardır. İkinci mərtəbədəki konfrans salonu isə 50 yerlikdir. Burada kitabxana ilə yanaşı, poliqrafiya emalatxanası da yaradılmışdır. Mərkəzdə fəaliyyət göstərəcək 3D kino salonuna da rayonda ehtiyac var idi və bu, çox böyük maraq doğuran yeniliklərdəndir. Burada, həmçinin rəsm-dizayn və xalq sənətkarlığı studiyaları, elektron kitabxana və qızlar dərnəyi də fəaliyyət göstərəcəkdir. Mərkəzdə 32 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında