Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsü yenidənqurmadan sonra açılmışdır

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcəkdir.
Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərkörpü" ASC tərəfindən ötən ilin iyulunda başlanılmışdır. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 238 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınmışdır.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı körpünün üzərindən ətrafı seyr etdi.
Azərbaycan Prezidenti görülmüş işləri yüksək qiymətləndirdi, yeni salınacaq yolların keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında