Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak etmişdir. 
Məlumat verildi ki, ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunmuşdur. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulmuşdur. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunmuşdur.
Diqqətə çatdırıldı ki, yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılmışdır.
Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur.
Muzeyin etnoqrafiya bölməsi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer almışdır. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılmışdır.
Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasına baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer almışdır. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında