Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinin ölkəmizin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd etmiş və bu istiqamətdə əldə olunan uğurlardan danışmışdır.
Kanayo Nunze Azərbaycanın müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində böyük inkişafa nail olmasının önəmini vurğulayaraq bu münasibətlə dövlətimizin başçısını təbrik etmişdir.
Görüşdə Azərbaycan ilə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında