Azərbaycan ilə Bosniya və Herseqovina beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini hər zaman dəstəkləyirlər

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç oktyabrın 18-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar. 
Bakir İzetbeqoviç Milli Məclisin iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssürat yaratmışdır.
Bakir İzetbeqoviç xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş olmuşdur.
Bosniya və Herseqovinanın Azərbaycanın dostu olduğunu deyən Oqtay Əsədov bildirmişdir ki, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafına şərait yaradacaq və gələcək əməkdaşlığımıza da böyük töhfə verəcəkdir. Qeyd edilmişdir ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər vardır. Hər iki ölkə eyni dövrdə müstəqilliyə qovuşmuşdur. Təəssüf ki, bu dövrdə həm Azərbaycanda, həm də Bosniya və Herseqovinada dramatik hadisələr baş vermişdir. Buna görə də ölkələrimiz, xalqlarımız bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini hər zaman dəstəkləyirlər.
Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri qətliamları xatırladan Oqtay Əsədov vurğulamışdır ki, bir çox ölkələrin parlamentlərində bu soyqırımı tanınmışdır. Bosniya və Herseqovina parlamentində də bu soyqırımına qiymət verilsə, Azərbaycan üçün çox önəmli olardı.
Azərbaycan ilə Bosniya və Herseqovinanın əlaqələrinin gələcək inkişafından danışan Milli Məclisin sədri qeyd etmişdir ki, ölkələrimiz arasında imzalanan sənədlər münasibətlərimizin hüquqi bazasını təmin edəcək, siyasi və iqtisadi inkişafa dəstək verəcəkdir. Oqtay Əsədov ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyini vurğulamışdır. Həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün bu dostluq qruplarının fəaliyyəti gücləndirilməlidir.
Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün ölkəsində dostluq qrupunun fəaliyyətinin gücləndirilməsinə yaxından dəstək göstərəcəyini vurğulayan Bakir İzetbeqoviç bu baxımdan qarşılıqlı səfərlər təşkil olunmasının vacibliyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ölkələrimizin tarixləri arasında bir-birinə bənzər cəhətlər mövcuddur. Tariximizdə bir-birinə bənzəyən ağrılı səhifələr də olmuşdur. Biz bu amilləri nəzərə alaraq dünyada sülhün möhkəmləndirilməsinə çalışmalıyıq. Xocalı ilə bağlı qətnamənin qəbul olunması da məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Bakir İzetbeqoviç bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll olunmasının vacibliyini qeyd etmişdir.
Vurğulanmışdır ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir. Qonaq həm siyasi, həm də iqtisadi sahədəki mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini xüsusi vurğulayaraq demişdir: Ümid edirəm ki, Azərbaycan qazı bizim ölkəyə də çatacaqdır. Çünki bu qaza və Azərbaycanın sərmayələrinə bizim də ehtiyacımız vardır. Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti vardır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında