Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.
Seyid Şəmsəddin Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırmışdır. Qonaq İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısındakı çıxışına görə bütün həmkarları adından Prezident İlham Əliyevə təşəkkür etmişdir.
Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında