Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir. 
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında 20 illik əlaqələrin inkişafından məmnunluq ifadə edildi, ölkəmizlə əməkdaşlığın böyük potensiala malik olduğu və Dünya Bankının bu əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğu vurğulandı, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmi qeyd edildi.
Görüşdə həmçinin infrastruktur, bərpa olunan enerji, içməli su təminatı, su ehtiyatları və suvarma sistemləri, Xəzər dənizindən suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya əsaslanan kənd təsərrüfatı müəssisələrinin yaradılması, yerlərdə sahibkarlığın inkişafına dəstək, iqtisadiyyatın şaxələndirilməsi, bir sıra sahələrdə islahatların davam etdirilməsi və Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında