Zərdabda Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərdabda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
Bildirildi ki, Heydər Əliyev Mərkəzinin inşasına 2010-cu ildə başlanılmışdır. Mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 9 fotoguşə yaradılmışdır. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulmuşdur.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, kompyuterlərlə təchiz olunan konfrans zalı və ən müasir avadanlığın quraşdırıldığı xidməti otaqlar vardır. Heydər Əliyev Mərkəzində müasir üslubda linqafon, fotostudiya və tədris otaqları yaradılmışdır. Şagirdlərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən xarici dillərdə nəşrlərə də geniş yer verilmişdir. Birinci mərtəbədə xalçaçılıq, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərəcəkdir. Mərkəzin qonaqları burada yaradılan imkanlardan istifadə etməklə dahi Heydər Əliyevin siyasi irsi ilə yaxından tanış ola biləcəklər.
Qeyd olundu ki, mərkəzdə 150 nəfərlik akt zalı, respublika və rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə beynəlxalq konfransların keçirilməsi də mümkündür.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}


AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında