Tərtərdə Heydər Parkı və Heydər Əliyev Mərkəzi yenidənqurmadan sonra açılmışdır

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. 
Parkın ərazisini gəzən dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulmuşdur. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilmişdir. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirilmişdir.
Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotostendlərə baxdı.
Bildirildi ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılmışdır. Parkda dekorativ ağaclar və gül kolları əkilmişdir. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılmışdır. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunmuşdur.
Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi, elektron kitabxana yaradılmışdır. Tədris siniflərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, ulu öndərin mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlar veriləcəkdir. Bundan əlavə, mərkəzdə xarici dillər otağı və rəsm studiyası da yaradılmışdır. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.
Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılmışdır. Burada ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılmışdır. Tərtərlilər ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar. Ümumilikdə mərkəz ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılmışdır.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında