Azərbaycan Prezidenti İlham Əliyev Uruqvayın Nümayəndələr Palatasının komissiya sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Uruqvay Şərq Respublikasından böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirdi. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini dedi. İkitərəfli münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobo nümayəndə heyəti üzvlərini dövlətimizin başçısına təqdim etdi. O, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirdi və əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında