Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında iştirak etmişdir

Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dюrdüncü müşavirəsi keçirilmişdir
Sentyabrın 21-də Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilmişdir. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dюrdüncü müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Dюvlətimizin başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə məlumat verdi ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk nюvbədə diplomatiyamızın xüsusi rolu vardır. Müstəqilliyimizin mюhkəmləndirilməsi, dünya dюvlətləri arasında Azərbaycanın ədalətli mюvqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən bюyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mюvqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. Dюvlətimizin başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən юz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi gюtürmüşdür. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanmışdır. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən isə "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici юlkədən 35 tələbəsi də vardır. Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaratmışdır. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildən paytaxtın Nərimanov rayonu ərazisində təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılmışdır. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilmişdir. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur.
Kompleksin ərazisi ilə tanış olan dюvlətimizin başçısına bildirildi ki, burada dюrd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilmişdir. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulmuşdur. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxdılar.
Sonra dюvlətimizin başçısı və xanımı Akademiyanın Biznes İnstitutunun üç mərtəbədən ibarət binasında yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələrin bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə юtürülür, tələbələr tələbə kartları vasitəsilə auditoriyalara daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya vardır. Bu auditoriyaların юzəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lюvhələrində qeydləri və yazıları "smart-board" sistemi vasitəsilə "Wi-Fi" və ya "bluetooth"la tələbələrin kompyuterlərinə юtürülür. Yəni, tələbələr müəllimlərin qeydlərini birbaşa kompyuterlərində gюrə bilirlər. Auditoriyalarda quraşdırılan videoçəkiliş sistemi ilə Akademiyanın internet səhifəsinə yerləşdirilən dərs prosesini canlı olaraq internetdən də izləmək mümkündür. Burada 6 nəfərlik qrup auditoriyaları vardır ki, bu da tələbələrin qrup halında elmi biliklərə yiyələnməsinə imkan yaradır.
Diqqətə çatdırıldı ki, tələbələr Tələbə Qəbulu üzrə Dюvlət Komissiyası tərəfindən Akademiyaya qəbul olunduqdan sonra daxili komissiya tərəfindən müsabiqədən keçirlər. Akademiyanın tələbələrinin 13-ü Prezident təqaüdçüsüdür. Son iki il ərzində Akademiyaya qəbul olan abituriyentlərin 60 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bu tələbələr və əlaçılar təhsil haqqından azaddırlar.
Vurğulandı ki, Akademiyada tədris ingilis dilində aparıldığından burada xarici юlkələrin tanınmış universitetlərindən 15 professor da daxil olmaqla 35 pedaqoq çalışır. Hər bir professorun fərdi iş otağı vardır. Burada ümumi iclas otağı və müsabiqə zalları da yaradılmışdır. Binanın üst qatında açıq havada müəllim və tələbələrin asudə vaxtlarının təşkili, o cümlədən müxtəlif tədbirlərin, ziyafətlərin keçirilməsi üçün istirahət guşəsi də yaradılmışdır.
Təhsil ocağının dюrdmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda ən bюyük xarici dilli kitabxanaya malik olan Akademiyada ingilis dilində 120 min kitab vardır. Bu kitablar İngiltərənin "Blackwell Publishing" şirkəti tərəfindən gətirilmişdir. Kitabxanadan istifadə edən tələbələr elektron kюşklər vasitəsilə istənilən ədəbiyyatı axtarıb sifariş edə bilirlər. Kitabxananın digər mühüm xüsusiyyəti burada bir milyon elektron kitabın olmasıdır ki, bu da tələbələrə kompyuterlər vasitəsilə kitabları elektron formatda oxumaq, üzünü kюçürmək və çapa vermək imkanı yaradır. Kitabxanada ayrıca oxu zalları, qrup şəklində dərsliklərdən istifadəyə şərait yaradan zallar və kafeterya da mюvcuddur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Akademiyanın kitabxanasına Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan "Azərbaycan əcnəbilərin gюzü ilə" kitabının 150 nüsxəsini hədiyyə etdi.
Sonra dюvlətimizin başçısı və xanımı Akademiyanın Beynəlxalq Münasibətlər İnstitutunda yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, burada auditoriyalar lazımi tədris avadanlığı ilə təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev tələbə mərkəzi ilə tanış oldu.
Bildirildi ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe və 300 nəfərlik iclas zalı fəaliyyət gюstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə Azərbaycan dюvlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar vardır.
Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini və yerləşdiyi ərazini əks etdirən stendlərə baxdı, təhsil ocağının əldə etdiyi nailiyyətlərlə tanış oldu.
Kompleksin avtomatik idarəetmə mərkəzinə baxan dюvlətimizin başçısının diqqətinə çatdırıldı ki, Akademiyanın bütün ərazisi videogюrüntü vasitəsilə izlənir. Avtomatik idarəetmə sistemi vasitəsilə bütün kompleksin havalandırma sisteminə, avadanlığın işləməsinə nəzarət edən idarəetmə mexanizmi də qurulmuşdur.
Akademiyanın yeni tədris kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dюrdüncü müşavirəsində iştirak etdilər.
Müşavirəni açan xarici işlər naziri Elmar MƏMMƏDYAROV çıxış edərək dedi:
-Mюhtərəm cənab Prezident,
İlk nюvbədə, mən hamının adından təşəkkürümüzü bildirmək istəyirəm ki, Siz artıq bu gün bu gюzəl, mюhtəşəm açılışda - Diplomatik Akademiyanın binasının açılışında iştirak edirsiniz. Bu, doğrudan da bizim üçün bюyük dəstəkdir.
Mюhtərəm cənab Prezident.
Hюrmətli müşavirə iştirakçıları.
Azərbaycan xalqının ulu юndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası Azərbaycan Respublikasının beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dюvlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.
Əvvəlcə diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən sonrakı müddət ərzində Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat vermək istərdim.
Hazırda Azərbaycan Respublikasının xarici юlkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət gюstərir. Respublikamızda isə 53 dюvlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mюvcuddur. Bütün bunlar milli maraqlarımızın həmin юlkələrdə təmin olunması və юlkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlamışdır.
Azərbaycanda isə Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dюvlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində rolunun və etimadının əhəmiyyətli dərəcədə artması, dost və tərəfdaş dюvlətlərlə əlaqələrin mюhkəmləndirilməsi, habelə yeni diplomatik nümayəndəliklərin təsis edilməsi diplomatik xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş və hədəflər müəyyənləşdirmişdir.
Təbii olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli hərtərəfli fəaliyyətimizin prioritet məsələsi olaraq qalmaqdadır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş qaçqın və məcburi kюçkünlərimizin geri qaytarılması və ən əsası dюvlətimizin suverenliyinin bərpası, ərazi bütюvlüyünün təmin olunması xarici dюvlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran müstəsna əhəmiyyətli birinci məsələ olaraq qalmaqdadır.
Son bir neçə il ərzində Ermənistanın işğalçı siyasətinin ifşası və bu siyasətə güclü dəstək verən erməni lobbisinin mənfur və riyakar səylərinə qarşı fəaliyyətimiz gücləndirilməkdədir. Xalqımıza qarşı Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilmiş Xocalı soyqırımının Meksika Birləşmiş Ştatları, Kolumbiya Respublikası və Pakistan İslam Respublikasının parlamentləri tərəfindən rəsmən tanınmasına nail olunmuşdur. Beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara qarşı tюrətdiyi vəhşiliklər barədə məlumatlandırılması və digər xarici юlkələrin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyətimiz davam etməkdədir.
2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dюvlət sərhədi haqqında Müqavilə imzalanmışdır ki, bununla da iki dюvləti ayıran dюvlət sərhəd xətti müəyyən olunmuşdur.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan Respublikasının 17 raunddan sonra 155 юlkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dюvlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inamın gюstəricisidir. 20 illik müstəqilliyimiz dюvründə beynəlxalq arenada belə bюyük uğurun əldə edilməsi Azərbaycan dюvlətinin başçısı tərəfindən müəyyən olunan və həyata keçirilən xarici və daxili siyasət kursunun nailiyyətidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya юlkələri arasında bu mюtəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci юlkədir. Amma onu qeyd etmək istəyirəm ki, MDB юlkələrindən Ukrayna bizdən əvvəl seçilmişdi, amma Ukrayna hələ 1945-ci ildən BMT-nin üzvüdür.
2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirilmişdir. Belə bir mюtəbər quruma üzvlük Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi üçün bюyük imkanlar yaratmışdır.
Həmçinin Azərbaycan 2011-ci ildə UNESCO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə alt-qurumlarına üzv seçilməyə və yüksək vəzifələr tutulmasına nail olmuşdur.
Azərbaycan Respublikası 2011-ci ildə İndoneziyanın Bali şəhərində keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilmişdir. Üzvlərinin sayına gюrə Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatında aparılan uğurlu fəaliyyət nəticəsində 2012-ci il avqustun 30-31-də Tehran şəhərində keçirilən və Azərbaycanın ilk dəfə üzv dюvlət kimi iştirak etdiyi Zirvə toplantısının yekun sənədinə üzv юlkələrin dюvlət və hюkumət başçılarının Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütюvlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyən bənd daxil olunmuşdur.
İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə qurulmuş əməkdaşlıq davam etdirilmişdir. Bu Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, suverenliyimizin bərpa olunmasının, ərazi bütюvlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin edilməsi ilə bağlı ədalətli mюvqeyimiz bir daha bütün üzv юlkələr tərəfindən dəstəklənmiş və bu yюndə bir sıra sənədlər yekdilliklə qəbul edilmişdir.
Avropa və Avratlantik strukturlar ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə fəal əməkdaşlıq davam etmişdir.
Diplomatik fəaliyyətin genişləndirilməsi çərçivəsində Latın Amerikası və Asiya юlkələri ilə yüksək səviyyəli münasibətlər qurulmuşdur. Yaxın zamanlarda, cənab Prezident, Azərbaycan Respublikasının Avstraliya İttifaqında səfirliyi fəaliyyətə başlayacaqdır.
Mюhtərəm cənab Prezident!
Sizin gюstərdiyiniz yüksək diqqət və qayğı ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları юz şərəfli vəzifələrinin məsuliyyətini dərk edirlər. Əmin ola bilərsiniz ki, dюvlətimizin milli maraqlarının təmin olunması məqsədi güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verdiyiniz tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Diqqətinizə gюrə təşəkkür edirəm.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə nitq sюylədi.
(Prezident İlham Əliyevin nitqi qəzetin bugünkü nюmrəsinin birinci səhifəsində dərc olunur).
* **
Sonda diplomatlar və tələbələr dюvlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında