Bakının 8-ci Kilometr qəsəbəsində yeni stadion istifadəyə verilmişdir

Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadion sentyabrın 14-də istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyev stadionun rəmzi açılışını bildirən lenti kəsdi.
Stadionla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirdi ki, burada tikinti işlərinə 2010-cu ilin mayında başlanmışdır. Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyevə Azərbaycan futbolunun keçdiyi 100 illik inkişaf yolundan bəhs edən "Azərbaycan futbolu-100" adlı kitab təqdim edildi.
Daha sonra dövlətimizin başçısı futbol meydançasında yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, 11 min tamaşaçı yeri olan stadion ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının oyunları keçiriləcəkdir və artıq bu, FİFA tərəfindən də təsdiq edilmişdir. Dünya birinciliyi bitdikdən sonra isə burada Azərbaycan Premyer Liqasının oyunları keçiriləcəkdir. Futbol meydançasına FİFA standartlarına uyğun xaricdən gətirilən təbii ot örtüyü salınmış və xüsusi isitmə sistemi quraşdırılmışdır. Meydançanın işıqlandırılması üçün dörd projektor və ümumi müasir işıqlandırma sistemi yaradılmışdır. Tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyasından istifadə olunmuş və üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtük çəkilmişdir.
Daha sonra Prezident İlham Əliyevə 2012-ci ildə Polşada və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının topu hədiyyə edildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qızlardan ibarət milli komandanın topuna uğur imzası atdılar.
Dövlətimizin başçısı stadionunun otaqlarında yaradılan şəraitlə də tanış oldu.
Bildirildi ki, tribunada ailə baxış otağı və 17 skayboks VİP otaqlar da inşa edilmişdir. Böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilən 200 nəfərlik xüsusi oturacaqlar quraşdırılmışdır. Tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə otağı, FİFA-nın media mütəxəssisləri üçün otaqlar və konfrans zalları, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, dopinq-nəzarət və digər otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə, təhlükəsizliyə nəzarət-müşahidə və şərhçi otaqları inşa edilmişdir. Stadionun 300 avtomobil tutan dayanacağı vardır.
Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında