Bakının Keşlə qəsəbəsində 328 nömrəli məktəbin yeni binasının açılışı olmuşdur

Sentyabrın 14-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbin foyesində xalqımızın ulu öndəri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Bildirildi ki, bu təhsil ocağının inşasına ötən ilin oktyabrında başlanılmışdır. Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. 640 şagird yerlik binada tədris, inzibati heyət və idarəetmə, sinifdən xaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Bu il məktəbə 200 yeni şagird gələcəkdir. Onların təlim-tərbiyəsi və təhsili ilə 20 pedaqoq məşğul olacaqdır. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana yaradılmışdır. Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün kompyuter sinfi yaradılmışdır. Müxtəlif tədbirlərin keçiriləcəyi akt zalı və 200 nəfərlik yeməkxana da şagirdlərin istifadəsinə tam hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, şagirdlər üçün müzakirə zallarının, yeni innovasiya metodları ilə işləyən kabinetlərin olduğu məktəbdə dərs prosesinin interaktiv metodlarla idarə edilməsinə xüsusi diqqət yetiriləcəkdir. Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır.
Vurğulandı ki, müasir qurğularla təmin edilən idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də vardır. Təhsil ocağında biologiya, fizika, kimya fənninin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün isə əmək otaqları yaradılmışdır.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni dərs ilində kollektivə uğurlar arzuladılar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında