Şəkinin Kiş kəndindəki Alban məbədini ziyarət

Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşlar.
Məlumat verildi ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə "Kiş" layihəsi üzrə bərpa işlərinə başlanılmış, 2003-cü ilin sentyabrında məbədin açılışı olmuşdur. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilmişdir.
Bildirildi ki, Kiş kəndinin Maflar məhəlləsində yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş vardır. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar yerli materialla - şırım daşla hörülmüş və kirəclə suvanmışdır.
Diqqətə çatdırıldı ki, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut etmişdir. Misir ehramları da məhz bu cür bünövrə üzərində qurulmuşdur.
Qeyd edildi ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı məbədi gəzdikdən sonra Kiş kənd sakini İsmayıl İlyasovun həyətinə gəldilər.
Qonaqlar İlyasovlar ailəsinin üzvləri ilə söhbət etdilər.
Evin sakinləri Azərbaycan dövlətinin başçısının və Türkiyənin Baş nazirinin xanımları ilə birlikdə gəlişindən sonsuz sevinc hissi keçirdiklərini bildirdilər.
Daha sonra söhbət İlyas və Ənvər Süleymanov qardaşlarının qonşuluqdakı həyətində davam etdirildi.
Ev sakinləri qonaqlarla xatirə şəkil çəkdirdilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında