Prezident İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 
Dövlətimizin başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.
Qeyd edildi ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında