Dördulduzlu "Shaki Palace" oteli istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə dördulduzlu "Shaki Palace" otelinin açılışında iştirak etmişdir. Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ümumi sahəsi 8 min kvadratmetr olan "Shaki Palace" otelinin tikintisinə 2007-ci ilin mayında başlanmışdır. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulmuşdur. Oteldə 40-dək işçi çalışacaqdır.
İki mərtəbədən ibarət birinci korpusda 7 otaq qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalarının yaradılması və istehsal olunmuş məhsulların satışı üçün xidmət obyektləri kimi nəzərdə tutulmuşdur. Burada ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir. Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras vardır. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılmışdır. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərəcəkdir ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir. Oteldə 40 və 50 yerlik restoranlar fəaliyyət göstərəcəkdir.
Beləliklə, "Shaki Palace" oteli Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirir.
Dövlətimizin başçısı otelin həyətindən Şəki şəhərinin ümumi mənzərəsini seyr etdi. Burada dövlətimizin başçısına şəhərin qədimliyini qorumaqla yanaşı, daha da müasirləşdirilməsi üçün görüləcək işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında