Şəkidə taxıl anbarı və dəyirman kompleksi açılmışdır

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-da taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilmişdir. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə yaradılan bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Kompleksin ümumi layihə dəyəri 4,5 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilmişdir.
Prezident İlham Əliyev dəyirmanın iş prosesindən bəhs edən filmə baxdı. Dövlətimizin başçısına "Karat Holdinq"in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar barədə də məlumat verildi. Bildirildi ki, burada əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur.
Azərbaycan Prezidenti kompleksi işə saldı.
Dövlətimizin başçısının diqqətinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda verilmiş güzəştli kreditlər barədə də məlumat çatdırıldı. Bildirildi ki, indiyədək fond tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1239 sahibkara 69,3 milyon manat, o cümlədən 950 kiçik həcmli layihəyə 6,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7 min 800-ə yaxın yeni iş yeri yaradılmışdır. 2012-ci ilin ötən dövrü ərzində isə Şəki-Zaqatala iqtisadi rayonu üzrə 108 sahibkara 23,3 milyon manat, o cümlədən 101 kiçik həcmli layihəyə 1,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 390-dan çox yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. İndiyədək fond tərəfindən Şəki rayonu üzrə 290-dək sahibkara 15,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2 min 20-dən çox yeni iş yeri yaradılmışdır.
Diqqətə çatdırıldı ki, iqtisadi rayon üzrə aparılan təhlillər perspektiv inkişaf meyilli sahələri də müəyyən etmişdir. Bunlar müasir heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin, iri taxılçılıq, çayçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodlarının yaradılmasını nəzərdə tutur.
Bildirildi ki, layihənin icrasına 2010-cu ilin sonunda başlanılmış, 2012-ci ilin avqustunda başa çatdırılmışdır.
Məlumat verildi ki, taxıl anbarı xarici texnologiya əsasında qurulmuşdur. On dörd min tonluq taxıl anbarı hər birinin tutumu 3,5 min ton olmaqla 4 silodan ibarətdir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Dəyirmanın gündəlik istehsal gücü 220 tondur. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılır. Layihələrin icrası nəticəsində 170 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.
Dövlətimizin başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında