Azərbaycan Prezidenti İlham Əliyev "TeliaSonera" şirkətinin prezidentini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da "TeliaSonera" şirkətinin prezidenti Lars Nuberqi qəbul etmişdir.
"TeliaSonera" şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik inkişaf etdiyini yüksək qiymətləndirdi. O, "Azərcell" şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan Prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü dedi.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən "Transavrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə "TeliaSonera" şirkətinin verdiyi dəstəyin önəmi qeyd olundu, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulandı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında