Ali qonağın şərəfinə (28.08.2012)

Avqustun 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir. Mərasimdə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - "Xalqlar dostluğu" ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir. 
Belarus Prezidenti Aleksandr LUKAŞENKO mərasimdə çıxış edərək Azərbaycan dövlətinin başçısını ölkəsində bir daha görməkdən şad olduğunu dedi. Bildirdi ki, yüksək səviyyədə həyata keçirilən müntəzəm görüşlər xoş ənənəyə çevrilib və xalqlarımız arasında qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir.
"Bu gün Azərbaycan ilə Belarus arasında münasibətlər sabit və faydalıdır, yüksək səviyyədə dostluğa və etimada əsaslanır", - deyən Aleksandr Lukaşenko bildirdi ki, ölkələrimiz strateji tərəfdaşlara çevrilib və burada Azərbaycan Prezidentinin mühüm rolu vardır.
Belarus Prezidenti Azərbaycanın onun ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğuladı. "Fikrimcə, İlham Heydər oğlu Azərbaycanın şəksiz lideri və vətənpərvəridir", - deyən Prezident Aleksandr Lukaşenko dövlətlərimiz arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm şəxsi töhfələrinə görə Azərbaycan Prezidentinin Belarusun ali mükafatı - "Xalqlar dostluğu" ordeni ilə təltif olunduğunu dedi və ordeni Prezident İlham Əliyevə təqdim etdi.
Yüksək mükafata və onun haqqında söylədiyi xoş sözlərə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV bu ali mükafatı onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Belarus münasibətləri möhkəm zəminə, qarşılıqlı rəğbət və xalqlarımız arasında çoxəsrlik əməkdaşlığa əsaslanır.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyinin səsverməyə çıxarıldığı dövrdə Belarusun verdiyi dəstəyə və göstərdiyi fəallığa görə minnətdarlığını bildirdi.
"Bu gün Belarus ilə Azərbaycan arasında dostluğa, strateji tərəfdaşlıq, qarşılıqlı dəstəyə, səmimiyyət və rəğbətə əsaslanan müasir münasibətlər qururuq", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığını, sənayedə, energetikada, humanitar əməkdaşlıqda yeni təşəbbüslərin olduğunu dedi və bir daha yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında