Cəlilabadda "Avanqard" MMC-nin yeni un fabriki fəaliyyətə başlamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda "Avanqard" MMC-nin un fabrikinin açılışında iştirak etmişdir. 
Məlumat verildi ki, 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunmuşdur. Müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə müasir un fabriklərinin inşası ölkədə ərzaq təhlükəsizliyinin təminatına, yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatının daha uzun müddətə saxlanılmasına imkan verir.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Bildirildi ki, müəssisənin ərazisində inşa olunan taxıl məhsullarının tədarükü və emalı kompleksi Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 1 milyon manat güzəştli kredit və sahibkarın vəsaiti hesabına tikilmişdir.
İnşasına 2010-cu ilin sonunda başlanılan taxıl anbarı kompleksi Türkiyənin "OBİAL" şirkətinin texnologiyası əsasında qurulmuşdur. On min tonluq taxıl anbarı hər biri iki min ton olmaqla beş silodan ibarətdir. Fabrikə daxil olan taxıl xüsusiyyətinə və növünə görə elevatorlar vasitəsilə bu silolara ötürülür. Silolarda taxılın uzunmüddətə saxlanılması üçün bütün lazımi şərait vardır. Silolarda saxlanılan taxıl sonra fabrikin dəyirman kompleksinə ötürülür. Burada taxıl yenidən yoxlanılır və dəyirmanda üyüdülməsi üçün müvafiq normalara uyğunluğu müəyyənləşdirilir, yuyulur və təmizlənir. Dəyirman kompleksi tam avtomatlaşdırıldığından burada taxılın üyüdülməsindən qablaşdırılmasınadək bütün prosesə idarəetmə mərkəzindən kompyuterlərlə nəzarət olunur.
Bildirildi ki, taxılın yuyulması ekoloji cəhətdən ən müasir avadanlıqla həyata keçirilir. Digər dəyirmanlardan fərqli olaraq burada taxılın yuyulması rejimi onun tərkibinə uyğun aparılır və suyun miqdarını kompyuter müəyyən edir. Taxıl altı iri avadanlıq vasitəsilə üyüdülür. Sonra un qablaşdırmaya yönəldilir. Burada 500 qram torbalardan 50 kiloqramadək kisələrə doldurulur. Fabrikdə "İpək" və "Ocaqlı" adı ilə un məhsullarının istehsalı nəzərdə tutulmuşdur. Dəyirman kompleksi Türkiyənin "Öz Başak" şirkətinin müasir avadanlığı ilə təchiz edilmişdir. Dəyirmanın gündəlik istehsal gücü 100 ton təşkil edir. Müəssisədə yüz nəfər yeni iş yeri ilə təmin olunacaqdır.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni müəssisə respublikada taxılçılığın inkişafına təkan verməklə əhalinin il boyu keyfiyyətli un ilə təmin olunmasına şərait yaradacaqdır.
Azərbaycan Prezidenti hazır məhsulların nümunələrinə baxdı.
Müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında