Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolu istifadəyə verilmişdir

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolu 14 yaşayış massivinin 24 min sakininin yol probleminin həllinə böyük təsir göstərəcəkdir. Vaxtilə yalnız yay aylarında istifadəsi mümkün olan bu yol artıq müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Prezident İlham Əliyevin 2012-ci il 9 mart tarixli Sərəncamına əsasən çəkilmiş yolun inşasına dövlət tərəfindən üç milyon manat vəsait ayrılmışdır.
Diqqətə çatdırıldı ki, dördüncü dərəcəli avtomobil yolunun eni səkkiz metrdir. Ərazidən asılı olaraq yolun 5,2-6 metrini asfalt örtüyü təşkil edir. Avtomobillərin sürət həddinin saatda 50-100 kilometr müəyyənləşdirildiyi yolda 32 su keçidi, 3 körpü sistemli suötürücü qurulmuşdur. Mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyünə görə yeni yol sürüşmə zonasından 50 metr kənarlaşdırılmışdır. Yola 90 min kvadratmetr həcmində iki qatdan ibarət asfalt döşənmişdir. Müasir standartlar səviyyəsində inşa olunan yol ilin istənilən fəslində avtomobillərin və piyadaların maneəsiz hərəkətinə imkan yaradacaqdır.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşdü.
Dövlətimizin başçısı sakinləri salamlayaraq dedi:
- Yeni yolun açılışı münasibətilə sizi təbrik edirəm. Bu yolun tikintisi ilə əlaqədar ilin əvvəlində sərəncam imzalanmışdır, vəsait ayrılmışdır. Yol 13 kəndi birləşdirir. Bu kəndlərdə 20 mindən artıq əhali yaşayır. Yolun bir hissəsi artıq hazırdır, tikinti işləri davam edir. Bu kənd yolunun tikintisi nəticəsində gediş-gəliş rahat olacaqdır. İnsanlar bu gözəl yoldan istifadə edəcəklər.
Beləliklə, Cəlilabad rayonu da sürətlə inkişaf edəcəkdir.
Rayonda işlər yaxşı gedir. Görürsünüz, Cəlilabad necə gözəlləşir, abadlaşır.
SAKİNLƏR: Çox sağ olun! Bunlar hamısı Sizin rəhbərliyinizlə görülən işlərdir, Sizin diqqət və qayğınızın nəticəsidir. Allah Sizdən razı olsun! Allah ulu öndərimizə rəhmət etsin!
Prezident İlham ƏLİYEV: Tikinti-quruculuq işləri aparılır. Onların içərisində kənd yollarının tikintisi xüsusi məna daşıyır. Ancaq Cəlilabadda kəndlərin sayı çoxdur. Təqribən 200-ə qədərdir. Çalışmalıyıq ki, növbəti illərdə bütün kəndlərdə gözəl yollar çəkək, düzəldək, bərpa edək. Kəndlərdə yaşayan insanlar daha rahat yollardan istifadə etsinlər. Əlbəttə, biz birinci mərhələdə magistral yollara fikir veririk. İndi hər yerdə, hər bir istiqamətdə magistral yollarda tikinti gedir, o cümlədən Bakı-Astara yolunun tikintisi davam edir və gözəl yol olacaqdır. İndi sıra gəlib kənd yollarına. Cəlilabadda kənd yollarının tikintisi, bərpası, təmiri bundan sonra da gedəcəkdir. Bu, birinci böyük açılışdır. Belə açılışlar çox olacaqdır.
SAKİNLƏR: Çox sağ olun! Allah Sizdən razı olsun! Təşəkkür edirik.
Prezident İlham ƏLİYEV: Sağ olun! Sizi bir daha təbrik edirəm.
Sakin Sənan DÖVLƏTOV: Allah Sizi qorusun. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Sizin rəhbərliyinizlə görülən bu işlərə görə Cəlilabad camaatı adından böyük təşəkkürümüzü bildiririk. Gələcək işlərinizdə Sizə uğurlar diləyirik. İşləriniz xeyirli olsun! Sizə və ailənizə Allahdan cansağlığı diləyirik.
Yeni yolda görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında