"Cəlilabad Broyler" ASC-nin yeni yem fabrikinin açılışı olmuşdur

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəlilabad Broyler" ASC-nin yeni inşa olunmuş yem fabrikinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxdı.
Bildirildi ki, fabrikin inşasına 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlanılmışdır. Ulu öndər 1972-ci ildə Cəlilabada səfəri zamanı quşçuluq fabrikində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 1976-cı ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq fabriki istifadəyə verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcəkdir. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilmişdir.
Diqqətə çatdırıldı ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır. Bu müəssisənin fəaliyyətə başlaması idxalı əvəz edən məhsul hazırlanmasına şərait yaradacaq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir. Müəssisə əsasən, Türkiyə texnologiyaları əsasında qurulmuşdur. Quş fermaları ən müasir yemləmə, havalandırma avadanlığı ilə təchiz edilmişdir. Həmçinin müəssisədə kəsim sexi yerli "ASENA" şirkəti tərəfindən Türkiyə texnologiyası əsasında qurulmuşdur. Sexdə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki inkubator avadanlığı ilə təchiz edilmişdir. Müəssisədə yem sexi, soyuducu və şoklama kameraları da inşa edilmişdir.
Bildirildi ki, respublika üzrə 43 quşçuluq təsərrüfatı vardır. Bu ilin birinci yarısında quş əti istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artaraq 25,5 min tona, yumurta istehsalı 16 faiz artaraq 600 milyona çatmışdır. Bu artımın əsas səbəblərindən biri dövlətin dəstəyi ilə bu sahəyə güzəştli kreditlərin ayrılmasıdır. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən tikilmiş və tikilməkdə olan 30 damazlıq yumurta və broyler təsərrüfatına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 55 milyon manat güzəştli kredit ayrılmışdır. Bunlardan 10-u istifadəyə verilmiş, digər 20-sinin cari ildə açılması planlaşdırılır. Yaxın illərdə quş ətinə olan daxili tələbat 92,5, yumurtaya olan tələbat isə 100 faiz yerli istehsal hesabına ödəniləcəkdir.
Azərbaycan Prezidenti fabrikin istehsal etdiyi məhsulların nümunələrinə də baxdı.
Sonra Prezident İlham Əliyev müəssisənin yem fabrikini işə saldı və monitor vasitəsilə istehsal prosesini izlədi.
Dövlətimizin başçısına məlumat verildi ki, müasir avadanlıqla təchiz edilən fabrik saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları üçün müxtəlif növ yem hazırlayan fabrik tam avtomatlaşdırılmışdır. Müəssisədə 220 nəfər işlə təmin olunmuşdur.
Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında