Bayraq Meydanı və Gənclər Parkı cəlilabadlıların sevimli istirahət məkanına çevrilmişdir

İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Bayraq Meydanı və Gənclər Parkı ilə tanış olmuşdur. 
Dövlətimizin başçısı əvvəlcə Bayraq Meydanına gəldi.
Diqqətə çatdırıldı ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılmışdır.
Prezident İlham Əliyevə bildirildi ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunmuşdur. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırmışdır.
Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilmişdir. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulmuşdur.
Gənclər Parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmışdır. Gənclər burada bilyard, tennis, şahmat, dama və digər oyunlar oynaya biləcəklər.
Bildirildi ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanmış, minədək yeni dekorativ ağaclar və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında