Cəlilabaddakı istirahət parkında görülən yenidənqurma işləri ilə tanışlıq

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuşdur. 
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülmüşdür. Burada 1941-1945-ci illər müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılmışdır. İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan misilsiz qələbədə Azərbaycan xalqı da xüsusi rol oynamışdır. Cəlilabadlılar da həmin müharibədə rəşadət göstərmişlər. Faşizm üzərində qələbənin qazanılmasında payı olan soydaşlarımızın xidmətlərini həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev onların cəmiyyətdə nüfuzunun daha da qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Bu insanlara hərtərəfli dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu.
Diqqətə çatdırıldı ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların hərtərəfli istirahəti üçün hər cür şərait yaradılmışdır. Burada müxtəlif iaşə obyektləri də fəaliyyət göstərir. Yenidənqurma tədbirləri zamanı müasirlik başlıca meyar götürülmüşdür. İdmançıların məşq etmələri üçün burada müvafiq qurğular quraşdırılmışdır. Bu qurğularda həndbol, voleybol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq mümkündür. Parkda müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının istirahəti üçün də yaxşı şərait yaradılmışdır.
Prezident İlham Əliyevə bildirildi ki, bu park yenidənqurmadan sonra füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Çoxlu sayda dekorativ daş, gül və digər landşaft kompozisiyalarından ibarət guşələr parka xüsusi yaraşıq verir. Parkda milli memarlıq üslubu beynəlxalq təcrübə ilə məharətlə uzlaşdırılmışdır. Müasir işıqlandırma sistemi, rəngarənglik və layihənin mükəmməlliyi parkın cəlbediciliyini daha da artırır.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında