Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir olunan Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 31-də Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir edilən Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanış olmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış oldu.
Qeyd edildi ki, Lənkəran sərhəd dəstəsi qarnizonu ərazisinə görə Dövlət Sərhəd Xidmətinin ən böyük qurumlarındandır.
Azərbaycan Prezidenti İlham Əliyev qarnizonun Heydər Əliyev ideoloji mərkəzi ilə tanış oldu. Mərkəzdə Dövlət Sərhəd Xidmətinin inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İdeoloji mərkəzin birinci mərtəbəsində, həmçinin Prezident və ordu quruculuğu kabineti fəaliyyət göstərir. Burada sərhədçilərin təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün mükəmməl şərait vardır. Mərkəzdəki 165 yerlik klubda həm yığıncaqlar keçiriləcək, həm də konsert proqramları təşkil olunacaqdır.
Dövlətimizin başçısı qarnizonun idman zalı ilə də tanış oldu.
Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan bu zal zəruri idman avadanlığı ilə təchiz olunmuş, şahmat və bilyard otaqları, həmçinin istirahət zalı yaradılmışdır.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin ölkə üzrə inşa edilən və tikilməkdə olan zastavaları, qarnizonları barədə məlumat verildi. Bildirildi ki, 500 yerlik əsgər yataqxanası əsaslı təmir olunmuş və müasir avadanlıqla təmin edilmişdir. İdeoloji və təlim siniflərində sərhədçilərə həm silah, həm də digər texnikalar barədə geniş məlumat verilir. Qeyd edildi ki, 500 yerlik yeməkxana sərhədçilərə yüksək səviyyədə xidmət göstərəcəkdir.
Prezident, Ali Baş Komandan İlham Əliyev qarnizona məxsus texnika və silahlara baxdı.
Vurğulandı ki, son illərdə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrinin müasir silah və texniki vasitələrlə təmin olunması işi yüksək səviyyədə həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının təzahürüdür. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə mühafizəsini təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.
Diqqətə çatdırıldı ki, hazırda zabit və gizirlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Lənkəran qarnizonunda səkkizmərtəbəli, 126 mənzilli yaşayış binası tikilir. Bundan başqa, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisində dislokasiya olunan beş sərhəd zastavası və bir sərhəd komendantlığı əsaslı təmir edilərək istifadəyə verilmişdir. Astarada isə zabit və gizirlər üçün altımərtəbəli, 65 mənzilli yaşayış binası inşa edilir.
Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev şərti narkotik qaçaqmalçısının zərərsizləşdirilməsi ilə bağlı təşkil olunan təlimə baxdı.
Dövlətimizin başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında