Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Monteneqronun Baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçlə görüşünün və əməkdaşlığımızla bağlı aparılan müzakirələrin önəmini qeyd etdi. Dövlətimizin başçısı Monteneqronun Baş naziri İqor Lukşiçin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.
Monteneqronun Baş naziri İqor Lukşiç Prezident İlham Əliyevlə Çikaqoda görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Monteneqronun Baş naziri bu əlaqələri iqtisadi sahədə də genişləndirmək üçün mövcud imkanlardan danışdı.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında