Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Vano Merabişvilini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Gürcüstanın Baş naziri Vano Merabişvilini qəbul etmişdir.
Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Vano Merabişvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və fəaliyyətində ona uğurlar arzuladı. Prezident İlham Əliyev Vano Merabişvilinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Vano Merabişvili Baş nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında